veten informasiya agentliyi

Leyla Əliyeva “Jara” festivalında – Foto

Tarix:29-07-2017, 14:15
Baxış Sayı:798

Leyla Əliyeva “Jara” festivalında – Foto














Beynəlxalq Musiqi Festivalının ikinci günü görkəmli müğənni Sofiya Rotarunun yubileyinə həsr edilib. Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
Avropa.info xəbər verir ki, “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunması “Jara”nın hərarətini daha da artırıb. Bakıya ən çox sevilən mahnıları ilə gələn ukraynalı müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və ilk olaraq məşhur “Çervona ruta” mahnısını oxuyub.
O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.
Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə “Melanxoliye” mahnısını səsləndirib.
Polad Bülbüloğlu tamaşaçıları “Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, “Gəl, ey səhər” mahnısını ifa edib.
Sonra Qlyukoza Sofiya Rotarunun “Luna, luna” mahnısını oxuyub. Konsert proqramını Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Аlekseyev, Ani Lorak, Artik & Asti, Slava, “Vremya i Steklo”, İrina Dubtsova, Jasmin, Timur Rodrigez, MBAND qrupu, LOBODA, Lev Leşşenko davam etdiriblər. Çoxsaylı tamaşaçılara məşhur müğənninin repertuarından ən populyar hitlər və onunla birgə ifalar təqdim olunub.
Sofiya Rotaru yenidən səhnəyə qalxaraq sevilən mahnılarını səsləndirib və Qriqori Lepslə duet oxuyub.
Konsert proqramı Sofiya Rotaru və EMİN-in dueti ilə davam edib. Onlar ötən əsrin ən məşhur hitlərindən biri olan “Lavanda” mahnısını oxuyublar.
EMİN Sofiya Rotaruya yubileyinin Bakıda qeyd olunmasına razılıq verdiyinə görə təşəkkürünü bildirib. Sofiya Rotaru dəvətə görə minnətdarlığını ifadə edərək bu gecəni heç vaxt unutmayacağını deyib.
Yubiley tədbiri Sofiya Rotarunun EMİN-ə həsr etdiyi “Tı samıy luçşiy” mahnısı və Azərbaycanı vəsf edən mahnı ilə yekunlaşıb.
Konsertin gedişində məşhur müğənninin yaradıcılığı ilə bağlı fikirlər səslənib, oxuduğu mahnıların bir neçə nəslin musiqi zövqünü formalaşdırdığı vurğulanıb. “Jara” festivalının Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə özünəməxsus töhfə verdiyi xüsusi qeyd olunub.
Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.

Leyla Əliyeva “Jara” festivalında – Foto
Leyla Əliyeva “Jara” festivalında – Foto
Leyla Əliyeva “Jara” festivalında – Foto

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı