veten informasiya agentliyi

Rəsmi Bakı Ermənistana cinayət işi açdı

Tarix:9-08-2017, 10:13
Baxış Sayı:715

Rəsmi Bakı Ermənistana cinayət işi açdı













Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələri təcavüzkar əməllərini növbəti dəfə davam etdirərək iriçaplı silahlardan Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Qaynarinfo"-ya verilən məlumata görə, Ermənistan hərbi hissələri avqustun 8-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həmin faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb istintaq aparılır.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı