veten informasiya agentliyi

Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)

Tarix:8-09-2017, 12:57
Baxış Sayı:741

Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsib.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verib.

Bildirilib ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini futbol və basketbol meydançalarından ibarətdir.

Dövlət başçısı müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış olub.

Yeni istifadəyə verilən bu bazada əsasən yığma komandaların təlim məşq toplanışlarının, idmanın müxtəlif növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, aktual mövzularda seminarların təşkil edilməsi, idmanda fərqlənən məktəblilər üçün yay düşərgələrinin yaradılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur.

Zuğulba tədris idman bazasında yaradılan şəraitlə tanış olan dövləti başçısı kollektivə uğurlar arzulayıb.

Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)
Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)
Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)
Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)
Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)
Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)
Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib (FOTOLAR)

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?

Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir

Ağdam şəhərinə daha 92 ailə yola salındı