veten informasiya agentliyi

Azərbaycanın 6 gün dövlət başçısı olan xanım kimdir?

Tarix:17-09-2017, 10:32
Baxış Sayı:691

Azərbaycanın 6 gün dövlət başçısı olan xanım kimdir?













Cəmi 6 gün Azərbaycanın dövlət başçısı olub: 9-15 sentyabr, 1920

Enter.News oxuculara həmin şəxs haqqındakı yazını təqdim edir: Yelena Stasova – Milliyyətcə rusdur. Ölkəni idarə edəndə 47 yaşı varmış…

Sələfi: Viktor Naneyşvili, xələfi: Vladimir Dumbadze…

Yelena Dmitriyevna Stasova (ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta) 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda dünyaya gəlib. Rusiya və SSRİ-nin siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri olub, Sosilaist Əməyi Qəhrəmanı idi (1960)

Yelena zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V.İ.Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən “İskra” qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vinüsdə gizli partiya işi aparıb. 1905-1906-cı illərdə İsveçrədə mühacirətdə olub.

1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub, elə həmin il də həbs olunub. 1907-ci ildə Qafqaza gəlib və 5 il Tiflisdə çalışıb. 1912-ci ildə Peterburqa gedib və valideynlərinin mənzilində həbs olunub. 3 il Yenisey quberniyasında sürgündə olub və Beya kəndindəki evində hələ də xatirə lövhəsi var. 1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub.

1938-1946-cı illərdə “Beynəlxalq ədəbiyyat” jurnalının redaktoru olub. Müharibə illərində xarici dilləri bildiyi üçün cəbhəyə getmək istəsə də, icazə verilməyib.

1942-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. 4 dəfə Lenin ordeni ilə təltif edilən Yelena Stasova 1966-cı ildə Yeni il axşamında Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı