veten informasiya agentliyi

Ekspert bank sədrinə qarşı: «Elman kimov? O deyibsə...»

Tarix:20-09-2017, 09:43
Baxış Sayı:752

Ekspert bank sədrinə qarşı: «Elman kimov? O deyibsə...»













Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov APA-ya açıqlamasında ərzaq məhsullarının kəskin bahalaşmasının gözlənilmədiyini bildirib.

Onun sözlərinə görə inflyasiya sıçrayışı olmayacaq: "İnflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir. Mənim fikrimcə, mövsümi amillərdən yəni, yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya "sıçrayışı" olmayacaq".

Bank sədrindən fərqli olaraq, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov kəskin bahalaşmanın olacağını bildirib. Ekspert "Qaynarinfo"ya açıqlamasında deyib ki, artıq pomidorun qiyməti 50 fazidən artıq bahalaşıb:

"Elman kimov? Bu sualı elə-belə vermədim. Belə də yazın. Yazın ki, Vahid Məhərrəmli sual verdi ki, nədə qiymət artımı olmayacaq? Elman kimov? Elman Rüstəmov əgər belə deyibsə, mütləq qiymət artımı olacaq. O, həmişə öz sahəsi üzrə proqnozlar verəndə, əksi baş verir. Elman Rüstəmov deyəndə ki, manat ucuzlaşmayacaq, ucuzlaşır. Onun kənd təsərrüfatından xəbəri yoxdur. Azərbaycanda məhsul istehsalı ciddi şəkildə azalıb, taxıl istehsalı 400 min ton aşağı düşüb. Bu, çox böyük bir rəqəmdir və o deməkdir ki, ət, süd istehsalı azalacaq və azala-azala da gedir. Otun qiyməti 3 dəfə artıb. Bu, o deməkdir ki, ətin, südün qiyməti qalxacaq.

Taxılın azalması həm də quşçuluq məhsullarının qiymətini artıracaq, yumurtanın qiyməti qalxacaq. Ümumiyyətlə heyvandarlıq və quşçuluq məhsullarının qiymətində ciddi artım müşahidə olacaq. Bu, istehsalın azalması və istehsal vasitələrinin ciddi bahalaşması ilə əlaqədardır ki, bazara da öz təsirini ciddi şəkildə göstərəcək və qiymət artımı baş verəcək. Elman Rüstəmov deyəsən bazara çıxmır. Artıq, bu gündən pomidorun qiyməti 50 faizdən çox qalxıb. Əvvəl 90 qəpiyə alınan pomidor hazırda 1 manat 50 qəpik və ondan da baha qiymətə satılır. Azərbaycan kifayət qədər məhsul istehsal edərək, ehtiyat yığa bilməyib, anbarlar boşdur. Yəni, söhbət təkcə pomidordan getmir. Bu, özünü digər meyvə-tərəvəzin də qiymətində göstərir və artım davam edəcək. Elman Rüstəmovun proqnozu ondan xəbər verir ki, yaxın zamanda ciddi qiymət artımı gözlənilir".

Çingiz Səfərli

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı