veten informasiya agentliyi

Ərdoğan Azərbaycana niyə gəlir? — Politoloq rəyi

Tarix:10-10-2017, 09:52
Baxış Sayı:738

Ərdoğan Azərbaycana niyə gəlir? — Politoloq rəyi














“Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çox önəmli bir məsələdir. Bu dəmir yolu xəttinin açılması uzadılırdı. Bunun da əsas səbəbkarlarından biri Rusiya idi. Rusiya hökuməti heç vaxt istəmirdi ki, Azərbaycandan Türkiyəyə qədər belə bir dəmir yolu çəkilsin. Bu layihənin yerinə yetirilməməsini istəməyən bir sıra dövlətlər vardı. Bu dəmir yolu avtomatik olaraq Naxçıvanın blokadadan çıxarılması deməkdir”.

Bu sözləri politoloq Arzu Nağıyev “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, Ərdoğanın Bakıya səfərinin əsas məqsədi budur. Siyasətçi deyir ki, səfər çərçivəsində Ərdoğan digər məsələlərə də toxuna bilər.

“Ərdoğanın Bakıya səfəri həm də regional məsələlərin həll ilə bağlıdır. Dağlıq Qarabağ, kürd məsələsi, Gürcüstanla bağlı problemlər, Suriya münaqişəsi və s. müzakirə mövzusu ola bilər. Bundan başqa, Türkmənistanla Azərbaycan arasında qaz layihəsinin həyata keçirilməsi, Cənub axını və digər məsələlərlə bağlı müzakirələrin aparılması mümkündür”, - deyə A. Nağıyev bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub. Səfər oktyabrın 30-da baş tutacaq. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı