veten informasiya agentliyi

Əliyevlə Köçəryanın Naxçıvan görüşünün detalları — VİDEO

Tarix:31-10-2017, 10:38
Baxış Sayı:706

Əliyevlə Köçəryanın Naxçıvan görüşünün detalları — VİDEO














“Sputnik Ermənistan” agentliyinin rəhbəri Dmitri Pisarenko öz arxivindən 1999-cu il oktyabrın 11-də Sədərək rayonunda Ermənistan Prezidenti Serj Sərkisyanla Azərbaycan Prezidenti Heydər Əliyev arasında baş tutan görüşün yeni görüntülərini yayıb.
AZTB.info-nun “axar.az”a istinadən məlumatına görə, bu, tərəflər arasında sərhəddə baş tutan ilk görüş idi. Belə ki, Azərbaycanın Ümummilli Liderindən daha öncə görüş yerinə gələn Köçəryan Heydər Əliyevi müəyyən müddət gözləməli olur. Görüşə gecikən Heydər Əliyev üzrxahlığını ifadə edərək, Sədərəkdə çoxdan olmadığını, keçdiyi hər kənddə məcburi dayanmalı və yüksək səviyyəli qonağın gəlişi şərəfi ilə ayağının altında qurban kəsən əhali ilə görüşməli olduğunu bildirir. Buna cavabında Köçəryan Əliyevdən burda da qurban kəsilib-kəsilməyəcəyini soruşanda isə Prezident Heydər Əliyev Qarabağ konfliktinin həll olunduğu gün məhz burda – Naxçıvanda kabab çəkiləcəyini söz verir.

Sədərəkdə təşkil olunan görüşdə Azərbaycanın hazırkı prezidenti İlham Əliyev də iştirak edib.

Qeyd edək ki, bu görüşdə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxması barədə razılıq əldə olunur. Ermənistanın o vaxtkı rəhbərliyi Rusiyadan icazə almadan bu qərarı qəbul etmək istəklərini ortaya qoyurlar. Lakin görüşdən cəmi 16 gün sonra – 27 oktyabrda Ermənistan parlamentində terakt baş tutur və Qarabağ razılaşması ləğv edilir. Sözügedən teraktın arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı barədə erməni analitiklər ciddi ittihamlar irəli sürürlər.
Heydər Əliyevlə Robert Köçəryan arasında 23 görüş keçirilib. Bu görüşlərdən ikisi Sədərəkdə baş tutub.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı