veten informasiya agentliyi

Azərbaycan Meksikaya nota verdi

Tarix:31-10-2017, 13:12
Baxış Sayı:678

Azərbaycan Meksikaya nota verdi













Meksika Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marin Azərbaycanın Meksika Birləşmiş Ştatlarında müvəqqəti işlər vəkili Məmməd Talıbovla görüşüb.
Azərbaycanın Meksikadakı səfirliyindən "Ölkə.Az"a verilən məlumata görə, görüş zamanı Meksika Deputatlar Palatasının sədri ölkəsinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.

Bir neçə gün əvvəl müxalif MORENA və PRD adlı siyasi partiyaları təmsil edən üç meksikalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə toxunaraq, bu faktdan hədsiz dərəcədə təəssüfləndiyini qeyd edib, həmin millət vəkillərinin hərəkətinin nə Meksika Deputatlar Palatasının, nə də həmin deputatların aid olduqları siyasi partiyaların Konqresdəki qrupunun mövqeyini deyil, yalnız öz fərdi mövqelərini əks etdirdiyini bildirib. O, görüşdə iştirak edən Konqresin Xarici Əlaqələr Komissiyası sədrindən məsələnin araşdırılması və bu kimi halların gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.

R. Marin Meksikanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz qaldığını qeyd edərək, Deputatlar Palatasının münaqişə üzrə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tələb edən dörd qətnaməsini dəstəklədiyini vurğulayıb.
Səfir M. Talıbov isə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə dolğun məlumat verib, rəsmi İrəvanın növbəti təxribatı olan sözügedən hadisənin Ermənistan hökumətinin qeyri-konstruktiv xarakterini bir daha ifşa etmiş olduğunu bildirib.

Səfirliyin məlumatında o da qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığına uyğun olaraq səfirlik məsələni araşdırdıqdan sonra dərhal Meksika Xarici İşlər Nazirliyinə diplomatik nota, Deputatlar Palatasının sədri və Azərbaycan-Meksika Dostluq Qrupunun meksikalı həmsədrinə məktublarla müraciət edərək Meksika millət vəkillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ilə bağlı Azərbaycanın ciddi narahatlığını çatdırıb, bu kimi səfərlərin təxribat xarakterli və qəbuledilməz olduğunu bildirərək, həmin halın araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini tələb edib.

Onu da xatırladaq ki, Meksika Deputatlar Palatası tərəfindən 6 sentyabr 2011-ci il tarixində qəbul olunmuş qətnamə Ermənistanı BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini yerinə yetirməyə çağırır.

Azərbaycan Meksikaya nota verdi
Azərbaycan Meksikaya nota verdi

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı