veten informasiya agentliyi

Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var — GÖRÜŞ ÖNCƏSİ İDDİA

Tarix:4-11-2017, 11:59
Baxış Sayı:687

Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var — GÖRÜŞ ÖNCƏSİ İDDİA













Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün növbəti 2 həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.
AZTB.info xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı etibarlı mənbədən aldığı məlumatı "Facebooks" səhifəsində paylaşıb.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var:

“Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.
Politoloq şərtləri şərh edib və çox ağır şərtlər olduğunu deyib:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür. Digər iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.

E.Şahinoğlu deyib ki, bununla bağlı geniş təhlil hazırlanır.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı