veten informasiya agentliyi

Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək davam edəcək — Pakistanın ordu generalı

Tarix:16-11-2017, 10:57
Baxış Sayı:692

Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək davam edəcək — Pakistanın ordu generalı















Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.
AZTB.info-nun "Report"a istinadən məlumatına görə, görüşdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb, ordu generalı Zubair Mahmud Hayatın Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib.
Ordu generalı Zübair Mahmud Hayat Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin həll olunmaması nəticəsində günahsız insanların daim həyatını itirdiyini, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyin davam edəcəyini və Azərbaycana səfəri zamanı iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və artırılması imkanlarının müzakirə olunacağını vurğulayıb.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı