veten informasiya agentliyi

Bahar Muradova: "Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarları yerinə yetirilmir"

Tarix:14-12-2017, 12:26
Baxış Sayı:634

Bahar Muradova: "Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarları yerinə yetirilmir"















"Təəssüf ki, belə bir mövqeyin vacibliyi indi dərk olunub. Bunu vacib edən dünyanın bir çox ölkələrində ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı cəhdlərin artmasıdır".
APA xəbər verir ki, Avropa Parlamentinin "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti haqqında" qətnaməsini şərh edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, bu hadisələrin fonunda belə mövqeyin səsləndirilməsi gözlənilən idi: "Amma təəssüf ki, bu təhlükə Avropanın özünə yaxınlaşdıqca münasibət bildirməli olurlar. Yenə də hesab edirəm ki, konflikt ocaqlarının söndürülməsi, buna rəvac verən separatçı cəhdlərin qarşısının alınması istiqamətində belə bəyanatlar və sənədlər çox vacibdir. Ancaq bunları elan etməklə kifayətlənmək lazım deyil. Xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatların müvafiq qərarların yerinə yetirilməsində problemlər var".
Qeyd edək ki, Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti haqında" qətnamə qəbul edib. Sənəd Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliyinə sadiq olduğunu ilk dəfə təsdiqləyir. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib: 408 lehinə, 132 əleyhinə. Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı problemlərə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı