veten informasiya agentliyi

“Bu, hərbçilərə qarşı təxribatdır” - Ekspert

Tarix:16-12-2016, 11:02
Baxış Sayı:892

“Bu, hərbçilərə qarşı təxribatdır” - Ekspert

















Hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçuların pensiyaya çıxmaq üçün xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliyə münasibət bildirib.

Bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, təklifi verən şəxslər çox böyük yanlışlıqlara yol veriblər:

“Gözlənilən dəyişikliklərin reallaşacağı təqdirdə, Silahlı Qüvvələrin, bütün güc strukturlarının demək olar ki, tam əksəriyyətində kadr axını başlayacaq. Yəni, bəzi "ağıllı" məmurların "qaş düzəltdiyi yerdə vurub gözü çıxartması" hadisəsi baş verəcək. Artıq, saysız-hesabsız zabit və gizirlər, hətta müddətdən artıq xidmət keçən hərbi qulluqçular yuxarı komandanlığa rəsmi ərizələrlə (raport, təqrir) müraciət edərək xidmətdən getmək istədiklərini bəyan ediblər.

Müharibə vəziyyətində olan bir ölkənin, torpaqları işğal altında olan dövlətin əli silahlı insanlarına qarşı planlaşdırılan bu dəyişiklik açıq sabotaj və hətta deyərdim ki, təxribatdır. Bu uğursuz ideyanı, təklifi verən şəxs və ya şəxslər necə böyük yanlışlıq etdiklərinin fərqini bir neçə gündən sonra hiss edəcəklər. Nə qədər ki, bu dəyişiklik qəbul edilməyib, mən Milli Məclis rəhbərliyinə, Prezident Administrasiyasına müraciət edirəm ki, bu məsələnin müzakirəsi təxirə salınsın və bir daha müvafiq güc strukturlarının rəhbər şəxslərinin rəyi və fikri alınsın”.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər