veten informasiya agentliyi

"24 günün əmək haqqını da vermədilər..." - ŞİKAYƏT

Tarix:16-03-2017, 13:12
Baxış Sayı:568

"24 günün əmək haqqını da vermədilər..." - ŞİKAYƏT
















10 il Fövqaladə Hallar Nazirliyinin 51 saylı Yanğından Mühafizə Hissəsində Böyük Yanğınsöndürən vəzifəsində çalışmış Əşrəfov Mübariz Əzizəli oğlu keçmiş rəhbərliyi tərəfindən təhdid olunur.

Arqument.az xəbər verir ki, bunu Mübariz Əşrəfov yaydığı açıqlamada deyib.

Mübariz Əşrəfov bildirir ki, ona işdən nə üçün qovulduğunu da bildirməyiblər: "2004-cü ilin dekabrin 24-dən FHN 51 saylı Yanğından Mühafizə Hissəsində Böyük Yanğınsöndürən vəzifəsində əmək fəaliyyətinə başlamışam. 2014-cü ilin sentyabr ayının 24-də heç bir səbəb göstərilmədən FHN-nin sıralarından xaric olmuşam. Xidmətdən nəyə əsasən xaric olduğumun motivi də məlum deyil. Nə üçün və nəyə əsasən məni xidmətdən azad etdiklərini bildirmədilər".

24 günün əmək haqqını da vermədilər

Şikayətçi deyir ki, mövcud qanunvericiliyə zidd olaraq işindən azad olunarkən əmək haqqısı ona ödənilməyib. Belə ki, əmək məcəlləsində işçinin fəaliyyətinə xitam verilərkən onun qalıq iş saatlarının son əmək haqqında göstərilməsi nəzərdə tutulmağına baxmayaraq, 24 iş günümün əməkhaqqını vermədilər.

M. Əşrəfov daha sonra deyir ki, əməkhaqqımı tələb edəndə isə Yanğından Mühafizə İdarəsinin rəis müavini mənə dedi ki, get kimə istəyirsən şikayət elə. Mənim baldızım millət vəkilidir. Rəisin qardaşı da Kənd Təsərufat Naziridir. Prezidentə şikayət eləmirsən kimə ürəyin istəyir şikayət et. Bizə kimsə nəsə edə bilməz.

Şikayətçi ona məxsus hərbi biletin nazirlik tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını deyir.

Sabiq FHN-nin işçisi bildirir ki, qarşılaşdığı haqsızlıqla bağlı FH naziri Kamaləddin Heydərova şikayət etdikdən sonra nazirlikdən ona zəng edib hədələyiblər.

"Əgər bir də şikayət etsən, səni həbs etdirərik"

Qarşılaşdığı haqsızlıqla bağlı 2 ildir ki, dövlətin müxtəlif instansiyalarına müraciət edən M. Əşrəfovu heç kim dinləmək istəmir.

M. Əşrəfov qeyd edir ki, Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya dəfələrlə yazılı sürətdə müraciət edib. "Müraciətdən sonra FHN-dən mənə zəng edərək hədələyiblər: "Əgər bir də şikayət etsən, səni məhkəməyə verib həbs etdirərik".

"Hərbi biletimlə yanaşı işdən çıxarılmağım haqqında verilən əmri vermirlər. Bununla bağlı dəfələrlə şifahi şəkildə müraciət etsəm də, xidmət etdiyim yerdən mənim sənədlərimi vermir. Xahiş edirəm mənə köməklik edəsiniz!", - deyə Mübariz Əşrəfov bildirir.

Yazıdakı iddialarla bağlı sözügedən qurumun da mövqeyini dərc etməyə hazırıq.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər