veten informasiya agentliyi

Gömrük Komitəsindən ittihamlara fotolu cavab

Tarix:26-04-2019, 10:14
Baxış Sayı:378

Gömrük Komitəsindən ittihamlara fotolu cavab















Dövlət Gömrük Komitəsi ötən gün bir sıra kütləvi informasiya vasitələrində qurumun və onun rəhbərliyinin fəaliyyətinə qarşı ittihamların yer aldığı məlumatlara münasibət bildirib.

Komitədən Minval.info-ya daxil olan məlumatda ittihamların əsassız olduğu vurğulanır:

“Məlumatda əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olduğu bildirilən “Salehoğlu LTD” MMC şirkətinə məxsus hazır məhsulun ixrac gömrük proseduru ilə rəsmiləşdirilməsi üçün bəyan edildiyi, ancaq gömrük orqanları tərəfindən guya qanunsuz olaraq hazır məhsulun xammal şəkildə rəsmiləşdirilməsinin tələb olunduğu, bununla da şirkətin əlavə ödəmələrə məruz qaldığı iddia edilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ixrac edilən mis və sink əsasında ərintilər (latun) 5 sentyabr 2021-ci il tarixinədək gömrük dəyərinin 10 faizi və hər min kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla gömrük rüsumuna cəlb edilir.

Lakin bəzi iş adamları qanunvericiliyin tələblərinə əməl etməyərək yuxarıda qeyd olunan malların ixracı zamanı gömrük rüsumundan yayınmağa cəhd edirlər. Belə ki, Komitənin müvafiq qurumlarının apardığı araşdırma nəticəsində həmin işadamları tərəfindən latun ərintilərin kustar üsulla emal olunduqdan sonra standartlara cavab verməyən yarımfabrikatlar halına salınmaqla (çubuqlar, digər yivli məmulatlar və s.) gömrük orqanlarına yanlış bəyan olunduğu, bununla da gömrük ödənişlərindən yayınmağa cəhd etdikləri müəyyən edilib. “Salehoğlu LTD” MMC şirkətinə məxsus olduğu iddia edilən məhsullar da bu qəbildəndir.

Məlumat üçün bildiririk ki, mis və sink əsasında ərintilər (latun) yuxarıda qeyd olunduğu kimi gömrük dəyərinin 10 faizi və hər 1000 kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla ixrac rüsumuna cəlb edildiyi halda, texnoloji standartlara uyğun şəkildə emal edilən və müvafiq standartlara cavab verən yarımfabrikatlar (çubuqlar, digər yivli məmulatlar və s.) hər 1000 kiloqrama görə 15 ABŞ dolları məbləğində ixrac rüsumuna cəlb olunur.

Ölkənin strateji dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən “hazır məhsul”un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə aşağıdakı fotolara baxaraq qiymət vermək olar”.

Gömrük Komitəsindən ittihamlara fotolu cavab

Sahil Babayev yenidən federasiya prezidenti seçildi
Sahil Babayev yenidən federasiya prezidenti seçildi
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər