veten informasiya agentliyi

Qəbul sərtləşdirildi: həkimlər “üsyan” edir

Tarix:8-05-2019, 09:53
Baxış Sayı:422

Qəbul sərtləşdirildi: həkimlər “üsyan” edir














Azərbaycanda qəbul imtahanları Avropada orta əsərlərdə tüğyan edən cəza sistemlərinə bənzəyir.

Bu sözləri tanınmış psixoterapevt Elmir Əkbər imtahana hazırlaşan abituriyentlərlə bağlı Modern.az-a danışarkən deyib.

E.Əkbər bildirib ki, bu il abituriyentlər yeni qəbul modeli ilə imtahan verəcəkləri üçün təşviş içindədir, çünki ortada yenilik var:

“Yeni imtahan tərzinə nə valideyn hazırdır, nə də abituriyent. Düzgün psixoloji hazırlıq olmayanda imtahanda abituriyentin beli qırılır. Uşaqlara “mənim üçün əhəmiyyətli olan sənin topladığın bal yox, sən özünsən” yanaşmasını tətbiq etmək lazımdır. Düzdür, təhsil çox vacibdir, amma hər şey deyil.

İntiharların yaranmasında məktəblərin də rolu var. İnsanlarla işləyən peşə sahibləri azı 6 aydan bir müayinədən keçməlidir”.

Psixoterapevt təklif edib ki, qızlar üçün qəbul imtahanları yığışdırılsın:

“Qızlar üçün qəbul imtahanları yığışdırılmalıdır. Qızlar haranı istəyirsə, onları tələbə kimi imtahansız qəbul etsinlər. Avropada, bir çox inkişaf etmiş ölkələrdə ümumiyyətlə qəbul imtahanları yoxdur. Qızlar qeyd-şərtsiz ali məktəblərə götürülməlidir”.

E.Əkbərin bu fikirlərinə münasibət bildirən pediatr Vaqif Qarayev vurğulayıb ki, abituriyentin iki dəfə imtahan verməsi psixi durumuna və fiziki sağlamlığına mənfi təsir edir:

“Psixoterapevt haqlıdır. Bu ildən qəbul imtahanlarının şərtləri sərtləşdirilib. Uşaqları bu qədər yükləyib səhhətinə zərər vurmaq mənasızdır. Heç bir təhsil sağlamlıqla müqayisə oluna bilməz!

Ancaq Elmir Əkbərin qızların qəbul imtahanı verməsindən azad edilməsi ilə bağlı dedikləri ilə razı deyiləm. Onsuz da ölkədə kifayət qədər diplomlu, amma iki kəlməni doğru-dürüst qarşıdakına çatdıra bilməyən savadsız analar var. Savadsızlığa yenidən niyə rəvac verək ki?!”

Sahil Babayev yenidən federasiya prezidenti seçildi
Sahil Babayev yenidən federasiya prezidenti seçildi
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər