veten informasiya agentliyi

Hafiz Məmmədovun mülkləri əlindən alındı – Siyahı

Tarix:4-07-2019, 09:17
Baxış Sayı:465

Hafiz Məmmədovun mülkləri əlindən alındı – Siyahı

İş adamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb.

Azadlıq Radiosu xəbər verir ki, Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

Müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.

Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi – Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə “NEM Holding”dir.

Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb.

Sahil Babayev yenidən federasiya prezidenti seçildi
Sahil Babayev yenidən federasiya prezidenti seçildi
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər