veten informasiya agentliyi

Vaqif Əsədov: "Avtomobil dayananda öpüşmək olar, sürəndə yox"

Tarix:30-03-2017, 14:48
Baxış Sayı:763

Vaqif Əsədov: "Avtomobil dayananda öpüşmək olar, sürəndə yox"















Dünəndən jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı yazdığı fikirləri böyük müzakirələrə səbəb olub. İnsanlarn bəziləri metroda öpüşən gəncləri, digərləri isə müəllifi müdafiə edib.

Görəsən, digər ictimai nəqliyyat vasitələrində də belə faktlara rast gəlinirmi?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a deyib ki, xidməti dövründə şəxsin avtomobil idarə edərkən öpüşməsi və yaxud sevişməsi kimi faktlara rast gəlməyib.

"Ümumiyyətlə, avtomobil idarə edərkən sevişmək və yaxud öpüşməklə bağlı qanunvericilikdə inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı konkret məlumat yoxdur. Amma qanunda qeyd olunur ki, sükan arxasında olan şəxş (sürücü) hərəkət zamanı diqqəti yayındıra bilən hərəkətlər etməməlidir. Bu, olduqca təhlükəlidir. Bu, başqa hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratmaq deməkdir.

Qanunda həmçinin avtomobilin hərəkəti zamanı sükanı əlindən buraxmaq, qapıları açmaq, kəmərlərdən istifadə etməmək, diqqəti yayındıra biləcək hərəkətlər etmək, mobil telfonla danışmaq və yaxud törətdiyi xətaları lentə alıb sosial şəbəkələrdə yerləşdirmək olmaz. Belə faktlar inzibati tənbeh tədbirlərinin görülməsinə şərait yaradır”, - deyə o bildirib.

V.Əsədov ictimai nəqliyyatdan istifadə edərkən öpüşmək və yaxud sevişmək kimi məsələlərin xarici ölkələrlə bərabərləşdirilməsini düzgün hesab etmədiyini vurğulayıb:

"Hər halda bizdə ictimai qınaq var. Biz xarici ölkələrdən fərqlənirik. Mənim üçün inandırıcı deyil ki, Bakıda avtomobil sürə-sürə gənc sevgililər bir-birlərinə münasibətin öpüşlə bildirsinlər. Ancaq mən şəxsi heyətdən soruşaram, görüm, belə bir fakt var, ya yoxdur. Şəxsən mən belə bir faktla rastlaşmamışam. Adətən, cütlüklər görüş yerini bir qədər kənarda, park və bulvar kimi yerləri seçir. O ki, qaldı avtomobildə öpüşməyə, bu, inandırıcı deyil. Avtomobil dayanmış vəziyyətdə belə bir fakt ola bilər”.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər