veten informasiya agentliyi

73 yaşlı erməni Bakıya gəlib - Anasının məzarını ziyarət üçün

Tarix:31-03-2017, 15:28
Baxış Sayı:857

73 yaşlı erməni Bakıya gəlib - Anasının məzarını ziyarət üçün















Hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib.

AzVision.az xəbər verir ki, 73 yaşlı Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib.

“Sonuncu dəfə mən anamın məzarını 1984-cü ildə ziyarət etmişim. Növbəti dəfə ziyarət etmək istəyəndə erməni soyadına görə mənə icazə vermədilər. İki ay əvvəl səfir Polad Bülbüloğluna məktub yazdım. Azərbaycanın Rusiyadakı səfirinin əməkdaşı mənimlə əlaqə saxladı və hansı tarixdə səfər etmək istədiyimi dəqiqləşdirdi. Daha sonra möcüzələr başladı. Mənim üçün Moskvadan Bakıya və əks istiqamətdə təyyarə bileti alındı və məni səfirlik əməkdaşı müşayiət etdi və mənə gözəl pansionatda yerləşdirildim.

23-26 mart tarixlərində mən özümü uzun müddət gözlənilən qonaq kimi hesab etdim. Anamın məzarını mənimlə birgə Bakı polisi və qəbiristanlıq direktoru axtardı. 5 saat məzarı axtardıq. Anamın qəbrinin təmiz saxlanıldığını və onun üzərində güllərin olduğunu görəndə təəccübləndim. Yemək zamanı mənim qarşımda üç ofisiant dayanmışdı”.

Qeyd edək ki, Yuri Sarkisov Azərbaycanda anadan olub. Onun atası erməni, anası isə rusdur. 1969-cu ilə qədər Yuri Bakıda yaşayıb, sonra Moskvaya köçüb.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər