veten informasiya agentliyi

Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı

Tarix:27-08-2019, 12:00
Baxış Sayı:412

Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı

“Azərpoçt” MMC-də islahatlar adı altında neçə ilin təcrübəli əməkdaşları işdən uzaqlaşdırılıb. Son müddətdə ümumilikdə 1000 nəfərə yaxın şəxs vəzifəsindən azad olunub.

Bu sensasion xəbəri Azpolitika.info yayıb. Xəbərdə bildirilir ki, rəhbərliyin bu “islahatı” ciddi narazılıq yaradıb.

“2018-ci ilin aprel ayında Emin Əfəndiyev “Azərpoçt” MMC-yə Baş direktor təyin olunandan sonra başlanan bu proses nəticəsində yüzlərlə təcrübəli rabitəçi işini itirib. Bu proses islahat adı altında aparılsa da, təcrübəli rabitəçilərin yerinə tamamilə başqa ixtisas sahiblərinin götürülməsi niyyətin başqa olduğunu ortaya qoyub. Belə məlum olub ki, Emin Əfəndiyev və ətrafı “Azərpoçt” MMC-də öz “komandalarını” formalaşdırır” –deyə xəbərdə bildirilir.

Narazılar bu barədə dəfələrlə Rabitə Nazirliyinə, müxtəlif dövlət strukturlarına yazsalar da, şikayətləri cavabsız qalıb, tədbir görülməyib. Buna görə də, rabitəçilər şikayətlərini, qarşılaşdıqları problemləri media vasitəsilə ictimailəşdirərək, səslərini ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Onlar bildirirlər ki, Emin Əfəndiyevin quruma rəhbərlik etdiyi 1 il 4 ayda “Azərpoçt” MMC-nin məsul vəzifəli şəxsləri tərəfindən alınan təsərrüfat mallarının qiymətləri şişirdilir, dövlət əmlakının özəlləşdirilərək satılmasından, icarəyə verilməsindən əldə edilən vəsaitlər büdcədən yayındırılaraq mənimsənilir. “Emin Əfəndiyevin “Azərpoçt” MMC-nin qocaman rabitəçilərini qurumdan uzaqlaşdırması bu niyyətini rahat həyata keçirmək istəyindən irəli gəlir”.

“Bu ilin mayına qədər “Azərpoçt” MMC-nin 926 nəfər peşəkar mütəxəssisinin müxtəlif adlar altında işdən çıxarılıb. Onların yerinə əksəriyyəti rabitəçi olmayan 787 nəfər işə qəbul edilib.

Eyni zamanda, Emin Əfəndiyevin ətrafına yığdığı kadrların maaşının 850-2500 manat arası dəyişdiyi halda, poçt işçisinin maaşının 184 manatdan o yana keçmir.

E.Əfəndiyevin apardığı struktur dəyişiklikləri nəticəsində əsasən “Azərpoçt” MMC-nin 1,2,3,4,5 və 6 saylı Poçt Filialları ləğv edildi, onun maddi-texniki bazası əsasında Bakı Poçt Filialı yaradıldı. Bakı Poçt Filialı yaxın günlərdə 3 saylı poçt filialının inzibati binasında fəaliyyətə başlayacaq”.

Sahil Babayev yenidən federasiya prezidenti seçildi
Sahil Babayev yenidən federasiya prezidenti seçildi
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
Paytaxt məktəblərində yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Yol polisi xəsarət alan piyadanı xilas etdi
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər