veten informasiya agentliyi

Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək

Tarix:17-10-2019, 15:27
Baxış Sayı:427

Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək

"Hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər olunmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər".
APA məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, qanunvericiliyə əsasən, hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur: "Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriat və magistratura pilləsinə qəbul olan tələbələr möhlət hüququ qazanırlar".

Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: “Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu təhsil haqqı təhsil müəssisələri tərəfindən müəyyən edilir".

ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü