veten informasiya agentliyi

“Əmək pensiyaları haqqında” qanun layihəsi dəyişdirilir

Tarix:29-10-2019, 10:56
Baxış Sayı:471

“Əmək pensiyaları haqqında” qanun layihəsi dəyişdirilir

Oktyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası olub.

Komitənin sədri Hadi Rəcəbli bildirib ki, gündəlikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən dörd məsələ var.

İclasda qanun layihələrinin şərhi zamanı qeyd olunub ki, Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) zərurəti bu sənədlərin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına uyğunlaşdırılması məqsədini daşıyır. Adı çəkilən sahələrdə proseslərin elektronlaşdırılması və sadələşdirilməsi vətəndaşların rahatlığına, bəzi neqativ halların aradan qaldırılmasına yardımçı olacaq.

Deputatlara məlumat verilib ki, birinci oxunuşda komitəyə təqdim olunmuş “Əmək pensiyaları haqqında” və “Məşğulluq haqqında” qanunlarda edilən dəyişikliklər də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

İclasda “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişikliklərə (birinci oxunuş) də baxılıb.

Komitə sədrinin müavini Rauf Əliyev, deputatlar Jalə Əliyeva, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova müzakirəyə çıxarılmış məsələlərə münasibət bildiriblər. İclasda rəy və təkliflər dinlənilib, deputatları maraqlandıran suallar cavablandırılıb.

Fikir mübadiləsinin yekununda qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Mənbə: Modern.az

ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü