veten informasiya agentliyi

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ — Bu yollardan keçməyin - ÜNVANLAR

Tarix:25-11-2019, 14:30
Baxış Sayı:386

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ — Bu yollardan keçməyin - ÜNVANLAR


“Bakı-Salyan yolunun “Bibiheybət” kimi tanınan ərazisində torpaq sürüşməsi baş verdiyindən təhlükəsizlik təmin edilməsi üçün əsaslı təmir-tikinti işlərinə başlanılıb”.
Bu barədə bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə də, həmin ərazidə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb:

“Bakı-Salyan yolunun 14-cü km-dən gələnlər 3-cü kənar dairəvi yolla hərəkət etməlidirlər. Bibiheybət qəsəbəsi istiqamətində gələnlər isə Namiq Quliyev küçəsilə hərəkət edə bilərlər. 20-ci sahə dairəsindən Elçin Əzizov küçəsindən keçmək üçün şərait yaradılıb. Bütövlükdə bütün yük maşınlarının mərkəzə doğru hərəkəti tam məhdudlaşdırılıb”.

V.Əsədov deyir ki, istiqamət Bakı Salyan yolunun 14-cü km-dən və yaxud Sədərək dairəsi kimi tanınan ərazidən dəyişdirilir:
Sədərək dairəsi dedikdə nə nəzərdə tutulur?

“Yəni Kömrük İdarəsi istiqamətində gələn nəqliyyat vasitələrinin hərəkəti tənzimlənəcək.
Bununla bağlı müvafiq yol nişanlarının qoyulması, istiqamətlərin göstərilməsi və bu ərazidə xidmət aparılması üçün aidiyyatı üzrə əməkdaşlar ayrılıb, xidmət təsdiq edilib.

Eyni zamanda, mərkəzdən, yəni Bayıl qəsəbəsindən qeyd edilən istiqamətə avtomobillərin hərəkətinin mümkünsüzlüyü nəzərə alınıb. Sürücülərdən xahiş edilir ki, Bayıl qəsəbədaxili, yaxud 20-ci dairə vasitəsilə hərəkətə üstünlük versinlər.

Bakıdan Sədərək və Ələt istiqamətinə gedənlər Ziya Bünyadov, “20 yanvar” və yaxud Mətbuat prospekti, Mikayıl Müşviq dairəsi, Kənar dairəvi yolla hərəkət etsinlər”.

ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü