veten informasiya agentliyi

Milli Məclisin binası necə tikilib? - Video

Tarix:3-12-2019, 09:21
Baxış Sayı:501

Milli Məclisin binası necə tikilib? - Video


Xəzərə açılan mənzərə və dünya memarları tərəfindən tanınması: Azərbaycanın parlament binasını mütəxəssislər ölkənin ən uğurlu inzibati binalarından biri hesab edir. “Qafqazinfo”nun məlumatına görə, “MİR 24” telekanalının əməkdaşı onun tikintisi ilə bağlı süjet hazırlayıb.

Azərbaycanın parlament binası şəhərin ən yüksək nöqtəsində yerləşir. Beşmərtəbəli bina 1970-ci illərdə tikilib. Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Sovetinin 25 deputatı üçün hazırlamışdı. Vaxt keçdikcə xalq deputatlarının sayı artmağa başlayıb və memarlıq ansamblında dəyişikliklər etmək tələb olunub.

“Tahir Abdullayev mənim müəllimim olub. Yeni binanın inşası zamanı mən fikir verirdim ki, ümumi kompozisiya pozulmasın. Yeni korpus ayrı qalmamalı, əksinə mövcud olanı tamamlamalı idi”, - “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, memar Müsədin Namazov "MİR 24"ə danışıb.

Namazov parlament binasının yenidənqurma və tikintisində iki dəfə iştirak edib. Sonuncu dəyişikliklər 11 il əvvəl edilib. İndi orada 125 deputat üçün əyləşməyə yer var.

Parlamentarilərin bir binadan digərinə rahat keçməsi üçün şüşə tavanı olan 12 metrlik körpü salınıb. Ora yumşaq mebel və nadir bitkilərlə bəzədilib. Qış bağı – parlamentarilərin ağır iş günündən sonra sevimli istirahət yeridir.

ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
DİN: İtkin düşən 5 nəfər tapıldı, 15 dələduz saxlanıldı
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Bu gün 25 dərəcə isti gözlənilir - PROQNOZ
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü
Ombudsmanın nümayəndələri Suriyadan gələn 5 nəfərlə görüşdü