veten informasiya agentliyi

Xətaidə yeni salınacaq yol sakinlərin etirazına səbəb olub — VİDEO

Tarix:16-01-2020, 10:07
Baxış Sayı:356

Xətaidə yeni salınacaq yol sakinlərin etirazına səbəb olub — VİDEO


Xətai rayonu, Gəncə prospekti bina 67-də yaşayan sakinlər binanı təhlükə altına atacaq yolun çəkilişinə etiraz edirlər. Görüntülərdən də aydın olur ki, yeni çəkiləcək yolla binanın fasad divarları arasında məsafə də tikinti normalarına heç cür uyğun deyil.
Oxu.az bildirir ki, ərazinin sürüşmə zonası olması isə vəziyyəti daha açıq şəkildə göz önünə qoyur. Yaşayış binası ilə tikiləcək yolun arasında məsafə 5 metr olar, ya olmaz. Mövcud problemlə bağlı rayon icra hakimiyyətinə edilən müraciətlərə verilən cavab isə qaneedici olmayıb.
Problemlə bağlı Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov müsahibə verərək bildirdi ki, sözügedən problemdən xəbərdardırlar. Məsələ artıq şəxsən icra başçısının da nəzarətindədir. İcra nümayəndəsi onu da əlavə etdi ki, sakinlər etiraz edirlərsə, demək ki, problem var. Hazırda bu barədə araşdırmalar apararaq başqa alternativlər axtarılır.

Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Baş nazir yeni əmr imzaladı
Baş nazir yeni əmr imzaladı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı