veten informasiya agentliyi

Nazirlər Kabinetindən tələbələrə — ŞAD XƏBƏR

Tarix:9-03-2020, 12:33
Baxış Sayı:348

Nazirlər Kabinetindən tələbələrə — ŞAD XƏBƏR


Ali təhsilin bakalavriat səviyyəsində sərbəst işə dair tələblər ləğv edilib.
Nazirlər Kabineti bununla ədaqədar “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müvafiq dəyişiklik edib.

Qaydalara əsasən, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən ibarətdir.

Qaydalara görə, indiyə qədər tələbənin sərbəst işinə ayrılan vaxtın həcmi fənnin mənimsənilməsinə ayrılan ümumi vaxtın 50 faizindən az olmamalı, müəllimin rəhbərliyi ilə yerinə yetirilən sərbəst işin həcmi sərbəst iş üçün ayrılmış vaxtın 50 faizini təşkil etməli idi. Tələbələrin sərbəst işlərinin təşkili Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənirdi. Dəyişikliyə əsasən, tələbənin sərbəst işinə dair bu tələblər ləğv edilib.

Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Baş nazir yeni əmr imzaladı
Baş nazir yeni əmr imzaladı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı