veten informasiya agentliyi

Rayondan gələn maşınlar geri qaytarıldı — RƏSMİ AÇIQLAMA

Tarix:19-03-2020, 13:55
Baxış Sayı:377

Rayondan gələn maşınlar geri qaytarıldı — RƏSMİ AÇIQLAMA


“Bu gecə saat 00:00-dan sonra Bakı istiqamətinə hərəkət edən 400-dən çox avtomobil geri qaytarılıb”.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, bu avtomobillərin qaytarılması təkcə Qaradağ rayonu istiqamətində qeydə alınıb:

“Qaydalara riayət etməyənlər də çox olub. Vətəndaşlardan bəziləri vaxtı, bəziləri hava şəraitini və digər bu kimi səbəbləri bəhanə ediblər, amma bu kimi bəhanələr nəzərə alınmayıb.

Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qərar verib, Baş Dövlət Yol Polisi İdarəsi də onu yerinə yetirir.
Məhdudiyyət martın 29-na kimi davam edəcək. Qadağanı pozmağa cəhd edənlərlə bağlı ciddi intizam tənbehi tədbiri görüləcək”.

Kamran Əliyev şəhərin mərkəzi istiqamətində yaranan tıxacla bağlı görüntülərə də münasibət bildirib:

“Dünən şəhər istiqamətinə nəqliyyatın yüksək intensivliyi müşahidə olunub, amma həmin görüntülər köhnədir, dünənki intensivliklə bağlı olmayıb”.

Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Baş nazir yeni əmr imzaladı
Baş nazir yeni əmr imzaladı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı