veten informasiya agentliyi

İki uşağı olanlar hərbi xidmətə çağırılmasınlar — Deputat məsələ qaldırdı

Tarix:30-03-2020, 11:00
Baxış Sayı:369

İki uşağı olanlar hərbi xidmətə çağırılmasınlar — Deputat məsələ qaldırdı


Komitə sədri Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışın ildə 4 dəfədən 2 dəfəyə endirilməsini təklif edir.
Belə bir təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. Onun sözlərinə görə, zamanında Azərbaycanda həqiqi hərbi xidmətin 4 dəfə edilməsi zərurət idi.

“Artıq indi belə bir zərurətə ehtiyac yoxdur. Mən özüm 15 il parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, 10 ilə Dövlət hərbi çağırış komissiyasının üzvü olmuşam. Əgər zamanında bizə 400 şikayət edənin əksəriyyəti nə üçün hərbi xidmətə çağırıldığından şikayət edirdisə, indi isə vəziyyət tam əksinədir. Şikayət edən 400 nəfərdən 350 nəfəri niyə görə hərbi xidmətə çağrılmadığından şikayət edir. Digər tərəfdən də dünya praktikasında həqiqi hərbi xidmətə çağırış iki dəfədir. Vəziyyət dəyişdiyindən biz də hərbi çağırışı ildə iki dəfəyə keçriməliyik”- komitə sədri deyib.

Bundan əlavə olaraq S. Novruzov iki övladı olan şəxsin müddətli həqiqi hərbi xidmətdən azad edilməsini təklif edib.

Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Baş nazir yeni əmr imzaladı
Baş nazir yeni əmr imzaladı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı