veten informasiya agentliyi

Koronavirusun əsas simptomu qızdırma deyil, budur — Mütəxəssislər AÇIQLADI…

Tarix:8-04-2020, 14:22
Baxış Sayı:396

Koronavirusun əsas simptomu qızdırma deyil, budur — Mütəxəssislər AÇIQLADI…


Dünya miqyasında koronavirusun diaqnozu və müalicəsi metodları ilə bağlı bilgilər daim dəyişir və yeniləni
Çində pandemiyanın ortaya çıxmasından sonra xəstəliyin ən əsas simptomlarından birinin qızdırma olduğu açıqlanmışdı.

Lakin hazırda mütəxəssislər gəldiyimiz nöqtədə qızdırma ölçülərinin infeksiyanı müəyyən edən əlamət olmadığını, öskürək və tənəffüs çatışmazlığının daha nəzərəçarpan simptom olduğunu bildirir.

Son elmi araşdırmalara görə, qızdırması 37,3 dərəcədən çox olan hər kəsdə infeksiya aşkarlanıb. Lakin 38-dən yuxarı olan zaman reanimasiyaya gedən xəstələrdə qızdırma cavabının olmadığı müəyyən edilib.

Buna görə də koronavirusun müalicəsi ilə məşğul olanlar artıq yeni xəstələri təkcə qızdırmaya görə yox, öskürək və tənəffüs çatışmazlığı ilə bağlı testdən keçirir.

Xüsusilə, yaşlı insanların immun sistemləri zəif olduğua görə, onlarda infeksiyaya yoluxma olsa belə, qızdırmaya rast gəlinməyə bilər. Onlarda boğaz ağrısı, yorğunluq və öskürək daha nəzərəçarpan ola bilər.

Müxtəlif ölkələrin Səhiyyə Nazirlikləri xəstəxanaya müraciət edən şəxslərin 80%-dən çoxunun heç bir simptom olmadan gəldiklərini bildirir. Bu da o deməkdir ki, koronavirus artıq asimptomatik – yəni ən təhlükəli mərhələsindədir. (Publika)

Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Baş nazir yeni əmr imzaladı
Baş nazir yeni əmr imzaladı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı