veten informasiya agentliyi

“Yaz cəriməni, çıxım, gedim. Onsuz da ödəməyəcəyəm” deyən şəxs həbs olundu - RƏSMİ

Tarix:14-05-2020, 12:26
Baxış Sayı:385

“Yaz cəriməni, çıxım, gedim. Onsuz da ödəməyəcəyəm” deyən şəxs həbs olundu - RƏSMİ

Daxili işlər Nazirliyi Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım, gedim. Onsuz da ödəməyəcəyəm” məsələsinə münasibət bildirib.

DİN-nin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavabında deyib ki, həmin fikirləri səsləndirən şəxs Sumqayıt şəhər sakini olub:

“Aprelin 6-da ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğuna görə şəhər sakini Mübariz Nəzərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və 100 manat məbləğində inzibati qaydada cərimə yazılıb. Aprelin 17-də həmin şəxs yenidən ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozub.

Buna görə də onun barəsində yenidən protokol tərtib olunub, qanuna uyğun olaraq hər iki protokol baxılması üçün şəhər məhkəməsinə göndərilib”.

“Məhkəmənin qərarı ilə M.Nəzərov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilib”, - deyə DİN rəsmisi qeyd edib.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar