veten informasiya agentliyi

"Hacıbala müəllim bizimlə birlikdə məhkəməyə getdi..." - Bakı meri məcburi köçkünü həbsdən buraxdırdı

Tarix:27-04-2017, 10:20
Baxış Sayı:589

"Hacıbala müəllim bizimlə birlikdə məhkəməyə getdi..." - Bakı meri məcburi köçkünü həbsdən buraxdırdı

















Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yarımçıq binada məskunlaşan məcburi köçkünlərin problemi həll edilib

Bu haqda modern.az-a məcburi köçkün Nemət Əhmədov məlumat verib. O bildirib ki, Bakı meri Hacıbala Abutalıbov məsələyə qarışdıqdan sonra problem həll olunub:

"Hacıbala müəllim bizimlə birlikdə məhkəməyə getdi, prosesdə də iştirak etdi. Qardaşım Mikayıl elə həmin gün həbsdən azad edildi. Cənab mer tapşırıq verdi ki, bir nəfər adam məcburi köçkünləri narahat etməsin. Biz ona dərin təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, məcburi köçkünlər ərazidə 1990-cı ildən məskunlaşıb. Mənzillərin sahibləri olduqlarını iddia edən 5 vətəndaş onları məhkəməyə verib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan evlləri tərk etməyəcəklərini bildiriblər.

Suraxanı rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədov 15 sutkalıq həbs edilib.

Məcburi köçkünlər etiraz olaraq yolu bağlayıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Suraxanı rayonu 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov hadisə yerinə gəlmişdi.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər