veten informasiya agentliyi

Atasının işdən qovulmasına səbəb olan Aysel danışdı: "Adam olun adam"

Tarix:5-05-2017, 11:24
Baxış Sayı:798

Atasının işdən qovulmasına səbəb olan Aysel danışdı: "Adam olun adam"
















Son zamanlar 400 min manatlıq toy etdiyi iddia olunan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova sosial şəbəkədə onu tənqid edənlərə cavab verib.

Aysel Şükürova "Facebook" səhifəsində bunları qeyd edib: «Deyirəm danışmayım amma danışmağa məcbur edirlər! Mənim daşım nə ağır imiş? Min dəfə demişəm ki, məni bu tip qruplara atmayın! İşləri gücləri yoxdur, ancaq onu bunu müzakirə edirlər! Qeybət qıran insanlara nifrət etmişəm! Mən heç vaxt göylə getməmişəm! Yəqin bunlar mənim normal yerişimin aşağısında olan insanlardır. Gedin xeyirxah işlərlə məşqul olun! Axrıncı dəfə uşaqlar, qocalar evinə nə vaxt getmisiz?! Mən keçən həftə! Nə vaxt onlara bazarlıq etmisiz?! Nə vaxt onlarla sohbət elemisiz?! Nə vaxt onlara yemək bişirmisiz?! Siz nə elemisiz bes? Ne vaxt kiməsə el tutmusuz? Mən dünən, bu gün, sabah, həmişə yenə də edirəm! Heç vaxt etdiklərimi deməyi sevməmişəm! Amma bəziləri məcbur edirlər! Belə işlərlərə məşqul olun! Adam olun adam!».

Qeyd edək ki, yanvarın 21-də "Böyük Saray” da baş tutun toy mərasimində Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Ötən gün isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub. Daha sonra keçmiş həyat yoldaşı Aysel Şükürova və onun atası Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə qalmaqallı açıqlama verib. O bildirib ki, Qüdrət Şükürov büdcədən pul mənimsəmək üçün dəstə toplayıb lift oğurlayır. Ailə isə bütün iddiaları rədd edir. Ötən gün onun atasının işdən çıxarıldığı barədə məlumatlar yayılıb. /missiya.az


Atasının işdən qovulmasına səbəb olan Aysel danışdı: "Adam olun adam"


Atasının işdən qovulmasına səbəb olan Aysel danışdı: "Adam olun adam"

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər