veten informasiya agentliyi

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Tarix:28-04-2022, 19:19
Baxış Sayı:389

 Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr  olunmuş onlayn tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər şəxslərinin və 100-dən çox işəgötürənin, əməyin mühafizəsi üzrə mütəxəssislərin iştirakı ilə 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 28 aprel tarixinin Ümumdünya Əməyin Mühafizəsi günü kimi elan edildiyi və bu ilki Əməyin Mühafizəsi Gününün devizinin “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” kimi müəyyən edildiyi diqqətə çatdırılıb.

Ölkəmizdə layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi sahəsində aparılan dövlət siyasəti, bu sahədə beynəlxalq konvensiyaların ratifikasiyası istiqamətində görülən işlərdən bəhs olunub. BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasının (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarının), bir protokolunun Azərbaycan tərəfindən ratifikasiya edildiyi qeyd edilib.

Tədbir iştirakçılarına əməyin mühafizəsi prinsipləri və şərtləri barədə ətraflı məlumat verilib. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları diqqətə çatdırılıb. İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində işçi hüquqları barədə məlumat verilib.

Əməyin mühafizəsi üzrə ixtisaslaşan işçilərin sahə üzrə sualları cavablandırılıb, müvafiq izahlar verilib.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu