veten informasiya agentliyi

ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Kəs səsini, sözünü geri götür" (VİDEO)

Tarix:28-05-2017, 11:11
Baxış Sayı:779

ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Kəs səsini, sözünü geri götür" (VİDEO)

















Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi ilə rektor Əfqan Abdullayev arasında gərginlik yaşanıb.

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevlə 4-cü kurs tələbələri arasında narazılıq səngimək bilmir. Buna səbəb, yeni rektorun bundan öncə ləğv edilən dövlət imtahanını universitetdə bərpa etməsidir.

Ötən gün rektorla tələbələrin görüşü zamanı da mövcud problem yenidən gündəmə gəlib və tələbələrlə rektor arasında narazılıq yaşanıb.

AZXEBER.COM-a qapalı görüş zamanı çəkilən özəl görüntülər göndərilib. Qapalı keçirilən görüşdə yuxarı kurs tələbəsi olan qız rektora ləğv edilən dövlət imtahanının yenidən hansı səbəblə keçirilməsini soruşub. Tələbənin sualına isə rektor sərt şəkildə cavab verərək ondan danışığına fikir verməsinə tələb edib. Tələbə bu iraddan sonra yenidən sualına davam edərək 8 fəndən onlara verilən sual sayının olduqca çox olduğunu və bunun nə dərəcədə doğru olduğunu soruşub. Tələbənin cəsarətli çıxışı rektoru yenidən özündən çıxardıb və o suala cavab verməkdən yayınıb. Cavabında tələbə isə rektora "siz bizimlə çox kobud davranırsınız" deyib. Bu ifadə zaldakı digər tələbələr tərəfindən də alqışla qarşılanıb.

Qeyd edək ki, deputat Səməd Seyidovdan sonra rektor təyin olunan Əfqan Abdullayev sələfinin ləğv etdiyi bir çox qərarları yenidən işlək vəziyyətə salıb. Belə ki, universitetdə illərdir ləğv edilən dövlət imtahanı yenidən keçirilməyə başlanılıb. Bu isə bundan öncə universitetdə baş alıb gedən korrupsiya faktlarının yenidən genişlənməsinə şərait yarada bilər.

Həmin görüntüləri təqdim edirik:

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər