veten informasiya agentliyi

“Şərurlu İsfəndiyar” sakinləri yandırıb külə döndürəcəkdi - İttihamlar

Tarix:10-07-2017, 09:32
Baxış Sayı:543

“Şərurlu İsfəndiyar” sakinləri yandırıb külə döndürəcəkdi - İttihamlar

















Bakıda bina yanıb

Hadisə Yeni Yasamalda M.Xiyabani küçəsində "Şərur MTK"nın tikdiyi binada qeydə alınıb

Hazırda FHN-nin yanğın söndürən maşınları binanın həyətinə daxil ola bilmirlər. Hadisə şahidlərinin dediyinə görə, bina tam olaraq təhvil verilməyib. Buna baxmayaraq insanlar burada yaşayır.

Məlumata görə artıq yanğın FHN tərəfindən söndürülüb. Məlum olub ki, binanın şaxtasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə qədər 54 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 23 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Əslində, hadisədən çıxan nəticə iş adamı İsfəndiyar Axundovun məhkəməyə verilməsinə gətirib çıxara bilər.

Çünki təhvil verilməmiş və tam hazır olmayan binalarda yaşayışa imkan yaradıb. Nəticədə elektrik kabeli yanıb və sakinlər ölümdən dönüblər.

Hazırda onun tikdiyi binaların çoxunda vəziyyət qorxuncdur. Nə kommunal şərait var, nə infrastruuktur normal qurulub, nə də binalar tam hazırdır.

İnsanlar isə çarəsizlikdən kirayələrdə qalmasınlar deyə evlərinə köçüb yarımçıq binalarda yaşamağa məhkum olublar.

Ulus.Az xəbər verir ki, İ.Axundovun adı MTN işindən tutmuş mənzil fırıldağı, dələduzluğa görə tutulmuş tikinti şirkətlərinin payçılarına evləri təkrar satmağa qədər hallanıb.

Hətta özü etiraf edib ki, oxumağı və yazmağı bilmir. Belə bir iş adamı şəhərdə yaşayış binaları tikdirir. Nəticə göz qabağındadır: onu tikdiyi binada yanğın baş verir və yanğınsöndürənlər içəri daxil ola bilmirlər.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun ittiham olunduğu epizodlarından birində İ.Axundov dindirilib.

İttihama görə, A.Çovdarov 2008-ci ildə Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Azərtikinti-ATF” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Azər Quliyevi hədələyərək ondan külli miqdarda pul alıb.

Belə ki, A.Quliyev barəsində hər hansı rəsmi şikayət və araşdırma olmadan Çovdarovun əmri ilə MTN-ə aparılaraq 8 saat saxlanılıb.

Bir neçə biznesmenə borcu olması, şirkətinin inşa etdiyi binalarda eyni mənzili bir neçə adama satması bəhanələri ilə həbs ediləcəyi barədə hədələnib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı