veten informasiya agentliyi

Ölü yiyələri mollalardan imtina edir: “Quran” “Youtube”dan oxudulur

Tarix:13-07-2017, 12:45
Baxış Sayı:712

Ölü yiyələri mollalardan imtina edir: “Quran” “Youtube”dan oxudulur

















Sosial şəbəkələr həyatımıza tamamilə sirayət edib. Bunlardan biri də qəbir üstündə molla tərəfindən "Quran” oxunmasının səs yazısı ilə əvəzlənməsidir. Bəziləri yalançı, nə oxuduğunu özündən başqa heç kim bilməyən mollaya 3-5 manat verib "Yasin” oxutdurmaqdansa, elə telefonda səs yazısı, yaxud "Youtube”dan "Quran” oxuyanın videosunun izlənilməsini daha məqbul hesab edir. Hətta bunu namaz vaxtı telefonlarda azan oxunması ilə müqayisə edənlər də var...

İlahiyyatçı, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli modern.az-a deyib ki, qəbir üstündə "Quran” oxunmasının Allah qatında savabı çoxdur: "İslamda dünyadan köçmüş insan üçün "Quran”ın savabının hədiyyə edilməsi var. Bəzən soruşurlar ki, ölüyə niyə "Quran” oxunur? Əslində, ölüyə "Quran” oxunmur. "Quran"ın savabı dünyadan köçmüş insana hədiyyə edilir. Necə ki, istənilən insan özündən sonra bir kitab yazıb qoymuş olsun, məscid tikdirmiş olsun, xeyriyyə evi, yaxud qonaqlar üçün yataqxana tikdirmiş olsun, bir bulaq qazdırsın və s. Bütün bunların savabı öləndən sonra da ona çatır. "Quran” oxunan zaman həm də onu oxuyan savab qazanır, bir şərtlə ki, bilən adamlar tərəfindən düz oxunsun”.

Hacı Şahin bildirir ki, İslam "Youtube”dan, yaxud hansısa səs yazısından "Quran” oxunmasını, dinlənilməsini qadağan etmir: "Amma "Quran”ın canlı oxunması tamamilə başqadır. Burada "Quran”ın özü ilə insanların təması çox bəyəniləndir. Qəbir üstündə "Quran”ın səs yazısından səslənməsi dini baxımdan qadağan olunmasa da, mən bunu düzgün hesab etmirəm. Azan məsələsi tamamilə fərqlidir. Azan məscidlərdə canlı oxunur. Sadəcə, bəzi proqramlar var ki, telefona yazdırmaqla namazın vaxtını bilmək olur. Amma "Quran”ın oxunması mahiyyət etibarilə fərqlidir. Hətta mən tövsiyə edirəm ki, "Quran” ərəbcə oxunduqdan sonra tərcüməsi də deyilsin, izah edilsin”.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı