veten informasiya agentliyi

Azərbaycanda bu nazirliyin bir işçisi işdən çıxarıldı, iki nəfərə töhmət verildi - RƏSMİ

Tarix:18-07-2017, 13:06
Baxış Sayı:778

Azərbaycanda bu nazirliyin bir işçisi işdən çıxarıldı, iki nəfərə töhmət verildi - RƏSMİ















Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Nazirliyin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun meşə ərazisində birgə reyd keçirilməsi barədə məlumat yayıb.

ETSN-dən AZXEBER.COM-a verilən məlumatda bildirilir ki, reyd zamanı Ağzıbir meşəbəyliyinin 3 saylı dolayında hündürlüyü 2 metr olan 260 ədəd çətənə kolu aşkar edilib və narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağzıbir kənd sakini Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Narkotik xassəli çətənə bitkiləri kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil etdiklərinə və işlərində nöqsanlara yol verdiklərinə görə Ağzıbir meşəbəyliyinin 3 saylı meşə dolayı gözətçisi Məsim Seyidov tutduğu vəzifədən azad edilib, meşəbəyi Nofəl Ələsgərov və meşə mühafizə mühəndisi Yasin İslamova isə töhmət verilib.

ETSN-in tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı