veten informasiya agentliyi

Zəhərli yumurta həyəcanlı vəziyyət - Detallar

Tarix:15-08-2017, 12:36
Baxış Sayı:752

Zəhərli yumurta həyəcanlı vəziyyət - Detallar














Zəhərli yumurta ilə bağlı böhran Avropada təşviş yaradıb

Almaniyadan sonra artıq İspaniyada da zəhərli yumurta aşkarlanıb. Məlumata görə, bu ölkədə 20 min zəhərli yumurta təsbit edilib. Səhiyyə Nazirliyi təcili yoxlamalara başlayıb və əhaliyə xəbərdarlıq edilib. İspaniyanın muxtar ərazisi olan Bask bölgəsindəki bir şirkətdə böcək dərmanı "Fipronil" ilə zəhərlənmiş 20 min yumurta təsbit edilib.

İspan Qida Sağlamlığı, Qida və İstehlakçı agentliyindən verilən məlumatda zəhərli yumurtaların paylama zəncirinə girmədən təsbit edildiyi, bu səbəbdən də insanların sağlamlığı üçün hər hansı bir riskin olmadığı ifadə edilib.

Səhiyyə Nazirliyi isə təcili yoxlama çağırışı edərkən zəhərli yumurtaların önümüzdəki günlərdə məhv ediləcəyini açıqlayıb.

Qeyd edək ki, avqustun əvvəlində Hollandiyada fermalarda heyvanlara istifadəsi qadağan olunan Fipronil adlı böcək dərmanının yumurtalarda olduğu təsbit edilmişdi. Fransa Kənd Təsərrüfatı Nazirliyi zəhərli yumurtaların Fransaya satılmış olma ehtimalı olduğu üçün istintaq tədbirləri görmüşdü. Fipronil qalıqlarının sənaye üsulları ilə hazırlanan sendviç, salat və müxtəlif qida məhsullarında də aşkarlandığı üçün Almaniya yumurta və mayonez tərkibli 6 sənaye istehsalı olan salatın satışdan yığışdırıldığını açıqlamışdı. Artıq zəhərli yumurtalara İspaniya, Fransa, Almaniya, Slovakiya, Danimarka da daxil olmaqla 18 ölkədə rast gəlinib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı