veten informasiya agentliyi

"Ermənilər qoymur Kəlbəcərə, Şaxta baba gəlib şəhərə..." - daha bir dərslik rüsvayçılığı - FOTO

Tarix:20-08-2017, 12:55
Baxış Sayı:707

"Ermənilər qoymur Kəlbəcərə, Şaxta baba gəlib şəhərə..." - daha bir dərslik rüsvayçılığı - FOTO













Daha bir dərslikdə dərc olunan şeir ciddi tənqidlərə səbəb olub.

Milli.Az big.az-a istinadən bildirir ki, ikinci sinif "Azərbaycan dili" dərsliyində işğal altında olan torpaqlar ironiya hədəfinə çevrilib. Şeirin müəllifi olan Mürvət Qədimoğlu isə sosial şəbəkələrdə sərt şəkildə tənqid edilib.

Bu barədə danışan təhsil eksperti Kamran Əsədov dərsliklərin mətnindən narazı olduğunu və dərslik vəsaitlərinin hazırlanması üçün xüsusi bir mərkəzin yaradılmasına ehtiyac olduğunu bildirdi: "Dərsliklər hazırlanarkən milli və mənəvi dəyərlər qorunmalıdır. Söz xətrinə hansısa ifadələri dərsliyə gətirmək olmaz.
Təəssüflər olsun ki, dərslikləri qiymətləndirən ekspertlər, mütəxəssislər bəzən müəlliflərdən də aşağı səviyyədə bilik və bacarıqlara sahib olurlar.
Dərslik dövlətin strateji əhəmiyyətli sahəsidir. Dövlət bəzən öz idealogiyasını məhz dərsliklər vasitəsilə həyata keçirir.

Lakin bu gün etiraf edək ki, dərsliklər ciddi şəkildə nəzarətdən kənarda qalıb.
Kimlərsə öz nüfuzundan istifadə edərək və ya yaranmış boşluqdan yararlanıb şagirddə heç bir bilik və bacarıqlarının formalaşdırılmasına xidmət etməyən dərsliklər, vəsaitlər yazırlar.

Hesab edirəm ki, dərslik yazılması üçün ayrıca mərkəz yaradılmalıdır. Lakin dərsliklərin daha da inkişaf etdirilməsini, yaxşılaşmasını istəyiriksə, əvvəlki illərdə dərslik müəllifi olmuş şəxsləri heç bir halda o mərkəzə, işə cəlb etmək olmaz, lazım deyil. Çünki onların xoş olmayan təcrübəsindən azad olmaq lazımdır".

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı