veten informasiya agentliyi

Metro istifadəçilərinə şad xəbər (FOTOLAR)

Tarix:23-08-2017, 10:38
Baxış Sayı:731

Metro istifadəçilərinə şad xəbər (FOTOLAR)














"Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb. Təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, təmir zamanı kassa zalında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeniliklər də tətbiq olunub. Əvvəlki kassa otaqlarının ön hissəsində "BakıKart" kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa edilib. Həmçinin sərnişin keçid məntəqəsində avtomat-nəzarət buraxılış köşkləri sərnişinlərin daha rahat keçməsini təmin edən səmtə dəyişdirilib.

Təmir müddətində vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi, rabitə və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.

Əlavə edək ki, vestibüllərdə təmir aparıldığı müddət ərzində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyət qoyulmamışdı. Bu məqsədlə bütün təmir-bərpa tədbirləri mərhələli şəkildə aparılaraq, müvafiq iş şəraiti yaradılmış, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənmişdi.

Qeyd edək ki, 1972-ci ildə istismara verilmiş stansiyanın vestibülləri uzun müddət istismar olunduğundan mərmər-qranit örtüyün dəyişdirilməsi zəruri tələbə çevrilmişdi.

Xatırladaq ki, 2016-cı ildə stansiyanın keçidləri tam təmir edilmişdi. Bu tədbirlər çərçivəsində keçidlərin döşəmə və divar örtüyü yenilənmiş, keçid divarlarında stansiyanın adını özündə ehtiva edən mozaik pannolar quraşdırılmışdı.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı