veten informasiya agentliyi

Həkim rəyi olmadan eynək satılmayacaq - Yeni qanun layihəsi

Tarix:28-08-2017, 10:10
Baxış Sayı:733

Həkim rəyi olmadan eynək satılmayacaq - Yeni qanun layihəsi













Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək.

Day.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı komitə tərəfindən "Optika haqqında" qanun layihəsinin ilkin variantı artıq hazırlanıb:

"Biz qanun layihəsini müvafiq nazirliklərə və təşkilatlara göndərəcəyik. Müsbət rəylər və hansısa təkliflər gəldikdən sonra onları nəzərə alacağıq. Payız sessiyasında bu məsələ komitəmizin gündəliyində olacaq. Ondan sonra yəqin ki, biz qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik".

M.Quliyev vurğulayıb ki, bir çox ölkələrdə belə qanunlar var: "Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir".
Deputat qeyd edib ki, optik eynəklər də, gün eynəkləri də həkim məsələhəti ilə alınmalıdır:

"Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır".

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı