veten informasiya agentliyi

Daha 7 xarici şirkət Azərbaycan bazarını tərk edir

Tarix:20-09-2017, 10:43
Baxış Sayı:764

Daha 7 xarici şirkət Azərbaycan bazarını tərk edir














Yeddi xarici şirkət Azərbaycan bazarını tərk etmək barədə qərar qəbul edib.

APA xəbər verir ki, “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanlara görə, “Toyo Engineering Corporation” Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir. Kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk (Şimal DRES), ev 17 ünvanına bildirə bilərlər.

“Obermeyer Project Manegement GmbH” də Azərbaycandakı filialının ləğv edildiyini bildirib. Kreditorlardan 60 gün ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 4/189 ünvanına bildirmələri xahiş olunur.

Bundan başqa, “HeildelbergCement AG” Azərbaycandakı filialının fəaliyyətinə son qoyub. Müvafiq qərar 30 avqust 2017-ci il tarixində alınıb. Şirkət ləğvetmə prosesinin başlanıldığını və buhunla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyyəsini elan edir. Kreditorlar tərəfindən bütün tələblər, bildirişlər, iddialar və yaxud sorğular bu elan dərc edildiyi gündən etibarən iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirilməlidir.

“Tech Offshore Marine Azerbaijan” MMC və “Tech Electrics and Automation Azerbaijan” MMC də ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mikrorayon, ev 60, mənzil 89 ünvanına bildirə bilərlər.

Bununla yanaşı, “Compass Offices Services Azerbaijan Limited” MMC və “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 11/35, mənzil 34 ünvanına bildirməlidirlər.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı