veten informasiya agentliyi

Deputat:“Tələbələrlə bağlı bu məsələ bizi çox narahat edir”

Tarix:26-09-2017, 10:13
Baxış Sayı:659

Deputat:“Tələbələrlə bağlı bu məsələ bizi çox narahat edir”














"Təhsil sistemində aparılan islahatlar hər kəsə məlumdur. Gənclərimizin təhsilhaqqqını ödəməklə bağlı müəyyən problemi var. Bu məsələ bizi çox narahat edir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.

Mİllət vəkili bildirib ki, bu barədə Təhsil Nazirliyi ilə müəyyən danışıqlar aparılıb.

"Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən Maarifçi Tələbə Kredit Fondu yaradılıb. Bu günə kimi 118 tələbə həmin fonddan təhsil krediti götürüb. Məsələnin mahiyyəti bunda deyil ki, bizim tələbələrimizin maliyyə yükü azaldılsın. Elə ailələr var ki, gəlirləri çox az səviyyədədir. Amma övladlarının gələcəkdə yaxşı mütəxəssis olması ilə bağlı arzuları var. Hesab edirəm ki, bununla əlaqədar biz qanunvericiliyə baxmalıyıq”.

Deputat qeyd edib ki, iki kateqoriya gənc var.

"Onların biri yalnız oxumaq istəyir, digəri isə başa düşür ki, onun gələcəyi məhz təhsillə bağlıdır. Bu çox vacib məsələrdən biridir. Təhsil Nazirliyi artıq bununla bağlı addım atıb. Biz də öz növbəmizdə xüsusi dövlət proqramı tərtib etməliyik və yaxud da Maairfçi Tələbə Kredit Fonduna müəyyən status verilməlidir ki, tələbə kreditlərini çox sərbəst şəkildə gənclərimizə verə bilsin”.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı