veten informasiya agentliyi

"Böyük Ermənistan" xəritəsinin "qəhramanı" barədə müdhiş xəbər — Dələduzluqda təqsirli bilinib

Tarix:8-10-2017, 13:00
Baxış Sayı:711

"Böyük Ermənistan" xəritəsinin "qəhramanı" barədə müdhiş xəbər — Dələduzluqda təqsirli bilinib















"Azərbaycan tarixi" kitabında Azərbaycanı "Böyük Ermənistan"ın tərkib hissəi kimi xəritədə göstərən kitabın müəllifi Kamran Əsədov haqqında sensasion məlumat əldə edilib.

Ölkə.Az xəbər verir ki, K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub.

Belə ki, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi.

Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı kimi təqdim edən, Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3.000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyentin ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı K.Əsədovun üstündən 2 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.
Həmin dövr faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

2015-ci ilin fevral ayında isə K.Əsədov azadlığa çıxıb.

Maraqlı məqamlardan biri budur ki, adı dələduzluqda hallanan belə bir şəxsə Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan tarixi" kitabını necə həvalə edib?

Əldə etdiyimiz digər bir məlumata görə isə Kamran Əsədovun nazir Mikayıl Cabbarovla yaxın dostluq əlaqələri var.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı