veten informasiya agentliyi

Bakıda məşhur hoteldən Azərbaycana hörmətsizlik

Tarix:17-10-2017, 10:46
Baxış Sayı:689

Bakıda məşhur hoteldən Azərbaycana hörmətsizlik














Bakıda yerləşən "Winter Park Hotel Baku”nun restoranında xoşagəlməz hadisə baş verib.

Oxu.Az xəbər verir ki, restoranda Azərbaycan mahnılarını oxumağa qadağa qoyublar.

Belə ki, bu barədə jurnalist Tünzalə Rafiqqızı sosial şəbəkələrdəki hesabında məlumat paylaşıb.

"Dünən bir dostumuzun doğum günü ilə bağlı "Winter Park Hotel Baku”nun restoranında toplanmışdıq. Tədbirin sonunda dostlarımdan Yavər bəy, Xəyal bəy "Karaoke”də Azərbaycan xalq və türk estradasından mahnılar ifa etməyə başladılar.

Hotelin məsul şəxsi gəlib yarıda kəsdi ki, bizdə Azərbaycan və türk mahnıları oxumaq qadağandır”.

T. Rafiqqızı restoranda Azərbaycan mahnılarının qadağan olunma səbəbi ilə maraqlanıb: "Hotelin məsul şəxsi dedi ki, onlar öz konseptlərini belə qurublar. Belə yerlərin turistlərə Azərbaycanımızı necə təbliğ edəcəyinə siz qərar verin artıq”.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı