veten informasiya agentliyi

Magistrlərə ŞAD XƏBƏR

Tarix:14-11-2017, 09:57
Baxış Sayı:652

Magistrlərə ŞAD XƏBƏR














"Maarifçi" Tələbə Kredit Fondu gələcəkdə magistr pilləsində təhsil alanlara güzəştli kreditlər verməyi planlaşdırır.
AZTB.info" Trend-ə istinadla xəbər verir ki, gələcəkdə magistr pilləsi eyni zamanda, fərqli istiqamətlər üzrə kreditlərin təqdim olunmasını planlaşdırır. Kredit növləri və şərtləri isə hələlik müəyyənləşdirilməyib.

Fonddan qeyd edilib ki, hazırda təhsil haqqı üçün müraciətlərin üstünlük təşkil etdiyini nəzərə alaraq, kreditlərin bu istiqamətdə verilməsinə daha çox diqqət ayırıblar. Növbəti illərdən tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlər təqdim etməyi nəzərdə tuturlar.

Fonddan qeyd edilib ki, bu ildən başlayaraq, aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim etməyə başlayıblar. 11 sentyabr – 13 oktyabr 2017-ci il tarixli elan sessiyasında faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrə təqdim olunub. Seçim meyarlarına uyğun olan tələbələrlə 41 təhsil krediti müqaviləsi imzalanıb.
Xatırladaq ki, “Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib.

Hazırda Fondun kreditləri yalnız təhsil ilə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulub. Kredit tələbəyə nağd və ya bank transferi formasında təqdim olunmur. Sadəcə olaraq, Fond tələbənin universitet qarşısında olan təhsil haqqı borcunu uzunmüddət ərzində ödənilməsini təmin edir.

Tələbə aldığı kreditə görə təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirmir.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı