veten informasiya agentliyi

Cavanşir Məmmədov: "Hacı Məmmədovu tutulandan sonra....

Tarix:4-12-2017, 13:57
Baxış Sayı:695

Cavanşir Məmmədov: "Hacı Məmmədovu tutulandan sonra....














Tanınmış müğənni, əməkdar artist Cavanşir Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) 12 il həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov barədə danışıb.
Əməkdar artist "Ölkə.Az"a açıqlamasında bildirib ki, 2000-ci illərin əvvəlində H.Məmmədovun sahibi olduğu istirahət mərkəzinin açılışına dəvət olunsa da, iştirak etməyib:

"2000-ci illərin əvvəlində Hacı Məmmədovun "Qarabulaq" istirahət mərkəzinə üzdə olan bütün sənətkarlar, o cümlədən də mən dəvət edilmişdim. Ancaq həmin gün toyda olduğum üçün açılış mərasiminə gedə bilmədim. Üstündən xeyli keçəndən sonra rəhmətlik İlhamə Quliyeva dedi ki, o mənim dostumdur. Həmin ərəfədə İlhamə xanımın da, bir sıra sənətçilərin də "Qarabulaq"da klipləri çəkilmişdi. Çünki səfalı yer idi. O vaxt müğənnilər "Qarabulaq"a axışırdı, kimi dindirirdin oradan gəlirdi. Özbaşına getmirdilər ha, dəvət edirdi. Görünür, musiqiyə münasibəti yaxşıymış. Ancaq heç vaxt şəxsi tanışlığımız olmayıb. Həbs ediləndən sonra televiziyada və internetdə görmüşdüm. Heç orada çıxış üçün verilən qonorar haqda da məlumatsızam.

Qeyd edək ki, 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Məmmədov ömürlük azadlıqdan məhrum edilib. Ötən gün isə özünü asaraq intihar edib. Onun vərəm və xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı