veten informasiya agentliyi

"Bank of Baku"nun işçisi müştərilərin 425 min dollar pulunu oğurladı - Həbs edildi

Tarix:29-12-2017, 13:37
Baxış Sayı:497

"Bank of Baku"nun işçisi müştərilərin 425 min dollar pulunu oğurladı - Həbs edildi














Bakıda bankın vəzifəli əməkdaşı müştərilərin pulunu mənimsədiyinə görə tutulub.
Report xəbər verir ki, "Bank of Baku”nun baş eksperti Eldar İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Məlumata görə, E.İsmayılov bankın müştərilərinin ümumilikdə 425 min ABŞ dolları məbləğində pulunu öz hesabına köçürərək nağdlaşdırmaqda şübhəli bilinir.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Fakt "Bank of Baku”nun Reklam və İctimaiyyətlə əlaqələr departamentindən "Report”a təsdiqlənib. Lakin əməkdaşın adının Eldar İsmayılov olmadığı bildirilib. Bankdan qeyd olunub ki, Eldar İsmayılov adlı şəxs "Bank of Baku”fəaliyyət göstərmir: "İstintaq sirri olduğu üçün adı açıqlanmayan bankın əməkdaşlarından birinin öz vəzifə öhdəliklərindən sui-istifadə edərək cinayət əməli törətməyə cəhd etmək istəyi aşkar olunmuş və dərhal bu cəhdin qarşısı bank tərəfindən alınmışdır. Hal-hazırda məsələ ilə bağlı polis tərəfindən istintaq-araşdırma işi aparılır”.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı