veten informasiya agentliyi

Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçün istintaqa cəlb olundu — EKSKLÜZİV

Tarix:15-01-2018, 13:02
Baxış Sayı:702

Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçün istintaqa cəlb olundu — EKSKLÜZİV














Keçmiş vergilər naziri Fazil Məmmədovun “kassiri” hesab olunan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru, nazirin büdcə məsələləri üzrə müşaviri Habil Məmmədov da istintaqa çağırılıb.
“Ölkə.Az”-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, hazırda Habil Məmmədov vergilər nazirinin müşaviri olmasına baxmayaraq, adı Eldar Mahmudovla əlbir olmaqda hallanır.

İttihamlara görə, Eldar Mahmudov nazir olduğu dövrdə orta və böyük vergi ödəyiciləri haqqında məlumatlar ona Habil Məmmədov tərəfindən ötürülürmüş. Bundan sonra isə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) həmin iş adamlarına qarşı əməliyyat keçirərək, onlardan külli miqdarda pul tələb edirmiş.
Habil Məmmədovun Eldar Mahmudovla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğu deyilir. Məlumatlara görə, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra da Habil Məmmədov onunla münasibətləri kəsməyib.

Bütün bunların faktlığını təsdiq etmək üçün hazırda Habil Məmmədov istintaqa cəlb olunub. İstintaq ittihamları sübut edərsə, yaxın günlərdə Habil Məmmədovun da vəzifədən azad olunacağı gözlənilir.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı