veten informasiya agentliyi

“Narkoloji Mərkəzdə ölənlərin ailələrinə 10 min manat verilib” - Abid Şərifov

Tarix:7-03-2018, 13:12
Baxış Sayı:671

“Narkoloji Mərkəzdə ölənlərin ailələrinə 10 min manat verilib” - Abid Şərifov














Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb.

AZTB.info-nun xəbərinə görə, Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov AzVision.az-a açııqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.

Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.

Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı