veten informasiya agentliyi

Xalq artisti piyada yolunu kəsən sürücünü ifşa etdi — FOTO

Tarix:14-03-2018, 10:37
Baxış Sayı:646

Xalq artisti piyada yolunu kəsən sürücünü ifşa etdi — FOTO














Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasının pozulması faktını ifşa edib.
AZTB.info xəbər verir ki, ifaçı paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində dayanma-durma qaydasını pozmuş avtomobilin fotolarını çəkərək sosial şəbəkədəki hesabında paylaşıb.

Məlumata görə, 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobili piyadaların hərəkət yolunda park edilərək onların hərəkətinə mane olub.
İfaçı bundan əsəbiləşərək avtomobilin sürücüsünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən “bir ədəd azərbaycanlı” adlandırıb.

O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı